İqtisadiyyat

  • 4 351

Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq

image

2018-ci ildə əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalacaq və digər xərclər üzrə isə 1,9 milyon manat artım gözlənilir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
İdris İsayev qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5 faizini təşkil edərək 3 milyard 407 milyon manat proqnozlaşdırılır. Pensiya xərclərində artımın 178 milyon manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub. Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9 faiz artaraq 216,5 manat təşkil edəcək.

yap.org.az

Digər xəbərlər