İqtisadiyyat

  • 4 221

Azərbaycan Dünya İnternet Konfransında təmsil olunacaq

image

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak etmək üçün bu gün Çin Xalq Respublikasının Vuzhen şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq.Millət vəkili müzakirəyə çıxarılan məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.Səfər dekabrın 6-da başa çatacaq.

sia.az

Digər xəbərlər