İqtisadiyyat

  • 2 961

Bu il Hacıqabulda taxıl əkini sahələri iki dəfəyədək artırılıb

image

Hacıqabulda taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını ilbəil artırır.Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu payız fermerlər indiyədək 30 min 152 hektar sahəyə toxum səpiblər. Bunun da 8 min 987 hektarı arpa, 21 min 150 hektarı buğda sahələridir. Hazırda taxıl sahələrində səpin kampaniyası müvəffəqiyyətlə davam edir. Məhsul istehsalçıları bundan sonra daha 1000 hektar sahəyə toxum səpməyi planlaşdırırlar.Qeyd edək ki, hacıqabullu taxılçılar bu il 31 min 115 hektar sahədə taxıl əkməyi nəzərdə tutulublar. Ötən il isə bu rəqəm 16 min hektara yaxın olub.
AZƏRTAC

Digər xəbərlər