Əhməd Arslan: “Bakutel-2017”də Türkiyə 10-dan çox şirkətlə təmsil olunur

“Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində Türkiyə 10-dan çox şirkətlə təmsil olunur.

Bu barədə jurnalistlərə müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib. Nazir bildirib ki, Türkiyə şirkətləri “Bakutel” sərgilərində iştiraka hər zaman maraq göstərirlər. “Bakutel” sərgiləri həmin şirkətlərin öz xidmətlərini təqdim etmələri üçün çox gözəl platformadır.
“Bakutel-2017” sərgisində Türkiyə 10-dan çox şirkətlə təmsil edilir. Bizim şirkətlərə böyük maraq var. Bunun da əsas səbəbi göstərilən xidmətlərin keyfiyyətli olmasıdır. Azərbaycan ilə Türkiyə şirkətlərinin birgə əməkdaşlığı təkcə region üçün deyil, beynəlxalq səviyyədə də görüləcək işlər üçün qurulub”, - deyə nazir qeyd edib.

yap.org.az