İqtisadiyyat

  • 3 292

"“Expo 2025”in Azərbaycanda keçiriləcəyinə inanırıq" AÇIQLAMA

image

“Hesab edirəm ki, Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi hüququ qazanması faizi çox yüksəkdir. Birincisi ona görə ki, ölkəmiz vaxtaşırı olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu sahədə böyük təcrübə var. İkincisi, bunun üçün Azərbaycanın infrastrukturu var. Həm iştirakçıların yerləşdirilməsi, həm də eksponat formatının həyata keçirilməsi üçün ölkəmiz kifayət qədər ciddi imkanlara malikdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Bu gün Azərbaycanın bu gün inkişaf edən iqtisadiyyatı və maraqlı iqtisadi inkişaf modelinin olduğunu deyən deputat söyləyib ki, bütün bunlar “Expo 2025” sərgisinin Azərbaycanda keçirilməsinə ideal şərait yaradır. A.Mirzəzadənin sözlərinə görə, əgər Azərbaycan sərgini keçirmək hüququ qazansa, bu, ölkəmizin növbəti nüfuz şansı sayıla bilər: “Sərgi Azərbaycanın beynəlxalq birlikdə tanınması və nüfuz qazanmasının növbəti göstəricisi olacaq. Bundan başqa sərginin ölkəmizdə keçirilməsi, Azərbaycanın imkanlarının daha geniş şəkildə təqdim etmək, gələn qonaqların ölkə reallıqları ilə tanış olması üçün yaxşı şəraitin yaranmasına səbəb olacaq. Ümumən götürdükdə bu sərginin Azərbaycanda keçiriləcəyinə inanır, onun sərgi tarixində önəmli yer tutacağına və bundan sonra keçiriləcək sərgilər üçün nümunə olacağına inanırıq”.Deputat əlavə edib ki, dünyada həyata keçirilən “Expo” sərgiləri bir qayda olaraq nüfuzlu, beynəlxalq tədbirlərdən biri sayılır: “ “Expo 2025” sərgisi də yarı il ərzində daimi fəaliyyət göstərir. Yəni may ayından noyabr ayına qədər davam edən bu sərgi xarici ölkələrin aparıcı şirkətlərini, eyni zamanda dövlət strukturlarının öz ölkəsini ixrac məhsulunu öz mədəniyyətini tanıtmaq üçün çox unikal imkandır”.Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan “Expo 2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq. Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” dünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

sia.az

Digər xəbərlər