Şahmar Mövsümov: Hasilat Sənayesində Şəffaflıq Hesabatı çox sahələrdə MHŞT standartlarından irəlidədir

2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatı nəinki Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) bütün standartlarına uyğundur, hətta bir çox sahələrdə ondan daha da irəlidədir.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib. O bildirib ki, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı bu gündən etibarən Neft Fondunun rəsmi internet səhifəsində yerləşdiriləcək. Bununla da Azərbaycanın bütün vətəndaşlarının bu hesabatla tanış olmaq imkanı olacaq. Qeyri-Hökumət Təşkilatları (QHT) da ənənəvi qaydalara uyğun olaraq hesabata dair öz rəylərini verə bilərlər.

yap.org.az