İqtisadiyyat

  • 3 396

Özbəkistan Azərbaycan-Gürcüstan-Türkiyə-Aİ ölkələri vahid tranzit dəhlizinin formalaşdırılmasında iştirak edəcək

image

Özbəkistan Azərbaycan-Gürcüstan-Türkiyə-Aİ ölkələri vahid tranzit dəhlizinin formalaşdırılmasında iştirak edəcək.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz qərarı ilə 2018-2022-ci illərdə Özbəkistanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və yükdaşımaların xarici ticarət marşrutlarının şaxələndirilməsinə dair kompleks proqramı təsdiq edib. Bu proqrama “Özbəkistan Respublikasının xarici ticarət yüklərinin dünyanın və regionun əsas bazarlarına ən qısa vaxt ərzində çıxarılması məqsədilə səmərəli və etibarlı alternativ nəqliyyat və tranzit dəhlizlərinin formalaşdırılması” adlı tədbir də daxil edilib. Proqramın reallaşdırılması mexanizmi kimi “Xarici ticarət yüklərinin pilot tranzit daşımalarının Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu marşrutu vasitəsilə limanlara çıxmaqla həyata keçirilməsi. Azərbaycan-Gürcüstan-Türkiyə-Aİ ölkələri vahid tranzit dəhlizinin formalaşdırılmasında iştirak. Xarici ticarət və tranzit yüklərinin daşınma həcminin təyini” qeyd edilib. Proqramın reallaşdırılması qrafikinə uyğun olaraq, yükdaşımaların təşkilinə 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır.

yap.org.az

Digər xəbərlər