BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır

BMT hesabatında Azərbaycanın neft qiymətlərinin düşməsi və inflyasiyadan əziyyət çəkdiyi qeyd olunur. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, BMT Azərbaycan iqtisadiyyatının həcminin 2018-ci ildə 1,8 faiz artacağını proqnozlaşdırır."Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı BMT hesabatına əsasən 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1 faiz ixtisara məruz qalıb. O, MDB ölkələri arasında ÜDM həcminin azalmasından əziyyət çəkən yeganə ölkədir, New York şəhərində təqdim olunan yeni hesabatda qeyd olunur.Sənədə əsasən bu, "neft istehsalının ixtisarı və maliyyə sektorundakı problemlərlə bağlıdır".Maliyyə sahəsində MDB üzrə inflyasiya ilə bağlı vəziyyət müxtəlifliklə səciyyələnir, hesabatda deyilir.Ermənistanda inflyasiyanın sıfıra yaxın olduğu halda Azərbaycanla Ukraynada o, ikirəqəmli qiymət artımı ilə ifadə olunub.Hesabat müəlliflərinə görə, 2017-ci ildə bir faizlik ixtisara məruz qalan Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1,8 faiz artacaq. "Yeni qaz yatağının işlənməsi 2018-2019-cu illərdə iqtisadiyyatın bərpasına kömək olacaq", - Azərbaycan iqtisadiyyatını təhlil edən BMT ekspertləri hesab edir.2017-ci il üzrə adambaşına illik gəlirə görə Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə "yuxarı orta gəlirli" ölkələrə aid edilib. Gürcüstanla Ermənistan bu cədvəldə bir pillə geridədir və onları "aşağı orta gəlirli" ölkələr qrupunda görmək olar.Azərbaycan iqtisadiyyatının artımına dair proqnoz qlobal inkişaf fonunda baş verir.BMT ekspertlərinin dəyərləndirməsinə görə, 2017-ci ildə dünya iqtisadiyyatı 3 faiz artıb və bu artımın az qala yarısı Şərqi və Cənubi Asiya ölkələrinin payına düşür.Dünyada ümumi inkişaf təmayülünə öz təsirini Argentina, Rusiya, Braziliya və Nigeriya kimi ölkələrdə tənəzzülün sona çatması da göstərib, BMT hesabatında deyilir.Qısa müddətli proqnozların yaxşılaşması ilə yanaşı dünya iqtisadiyyatına risklər də mövcuddur. Bunlar ticarət siyasətinin dəyişməsi, qlobal maliyyə şəraitinin pisləşməsi və geosiyasi gərginlikdir."Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" hesabatı qlobal iqtisadiyyatda gözlənilən təmayüllərə həsr olunur.

sia.az