Pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsullarının dəyəri 2,4 faiz artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 6861,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 8246,6 milyon manata bərabər olub.Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,9 faiz artaraq 45,4 faiz təşkil edib.
AZƏRTAC