İqtisadiyyat

  • 4 474

Gəmilərə nəzarət prinsipi dəyişir

image

Xəzəryanı dövlətlər limanlarda gəmilərə vahid dövlət nəzarəti rejiminin tətbiqi barədə qərar qəbul edib.AZƏRTAC xəbər verir ki, bu cür vahid yanaşma regionda dəniz gəmilərinin texniki təhlükəsizliyinin artırılmasına, standartlara cavab verməyən gəmilərin istismarını aradan qaldırmağa imkan verəcək. Bu addım öz növbəsində gəmidə heyət üzvlərinin sağlamlığını yüksəltməyə, nəqliyyat vasitələrinin və yüklərin mühafizəsinin gücləndirilməsinə gətirib çıxaracaq.Qeyd edək ki, hazırda Xəzər dənizində 5 Xəzəryanı ölkəyə məxsus 1600 gəmi üzür.

AZƏRTAC

Digər xəbərlər