İqtisadiyyat

  • 4 676

Günəş Elektrik Stansiyasında 31,5 milyon kilovat-saat enerji istehsal olunub

image

Ötən il Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilən enerji 1,5 milyon kilovat-saat artaraq 31 milyon 586 min kilovat-saat olub.AZƏRTAC xəbər verir ki, 2017-ci ildə həyata keçirilən tədbirlərdən sonra Naxçıvan Günəş Elektrik Stansiyasında ümumi panellərin sayı 86 minə, stansiyanın gücü isə 22 meqavata çatdırılıb. Stansiyada quraşdırılan hər bir panelin gücü 260 vatdır. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 33 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.Muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi Günəş Elektrik Stansiyasının səmərəli fəaliyyətinə imkan verir. Alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 60 faizini təşkil edir ki, bu dünyada yuxarı göstəricilərdəndir.Qeyd edək ki, bu gün istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında heç bir problem yoxdur. Lakin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin rolunun artırılması da diqqət mərkəzində saxlanılır. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanıb.
AZƏRTAC

Digər xəbərlər