İqtisadiyyat

  • 2 515

207,4 min tona yaxın məhsul təhvil verilib

image

Yanvarın 15-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 391 ton məhsul təhvil verilib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən iki gündə 25 ton pambıq tədarük olunub.Xatırladaq ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çoxdur.AZƏRTAC respublikada pambıq tədarükünə dair yanvarın 15-nə olan operativ məlumatıtəqdim edir.
AZƏRTAC

Digər xəbərlər