İqtisadiyyat

  • 3 843

TAP Avropa Qaz Konfransında iştirak edəcək

image

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi yanvarın 29-31-də Vyanada keçiriləcək XI Avropa Qaz Konfransında (European Gas Conference 2018) əsas müzakirə mövzusu olacaq.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres konfransın boru kəmərləri və bir-birinə bağlı olan bir neçə panelinə qatılacaq, TAP-ın inkişafı və layihənin faydaları barədə danışacaq.
Konfransda “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı və TAP boru kəməri layihəsinin icra vəziyyəti, həmçinin qaz və dekarbonizasiyanın gələcəyi də müzakirə edilməsi nəzərdə tutulan məsələlərdəndir.
Avstriyanın “OMV” şirkətinin təşkilatçılığı ilə baş tutacaq konfransda aparıcı enerji şirkətlərinin 430-dan çox nümayəndəsi iştirak edəcək.

yap.org.az

Digər xəbərlər