İqtisadiyyat

  • 3 688

2018-ci il kriptovalyutalar üçün uğurlu olacaqmı? AÇIQLAMA

image

2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün də heç də uğurlu olmadı. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.Onun sözlərinə görə, son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib: "Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoin ilə yanaşı, digər əksər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kriptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitkoindəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blok çeyn üzrə əməliyyatlar ənənəvi bankçılığı tələbi azaldır və sadəcə bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar. Güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, bitkoinlərinin taleyinin necə olmasından asılı olmayaraq yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq.

sia.az

Digər xəbərlər