Bakıda Maliyyə Forumu keçiriləcək

"Caspian European Club" fevralda Bakıda Maliyyə Forumu keçirəcək.Bu barədə yanvarın 17-də jurnalistlərə açıqlamasında "Caspian European Club"un baş icraçı direktoru Mustafa Abbasbəyli deyib.

"Maliyyə Forumunun fevralın 28-də keçirilməsi nəzərdə tutulur. Forumda maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, Maliyyə, İqtisadiyyat və Vergilər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Neft Fondunun iştirakı gözlənilir", - deyə o bildirib.

yap.org.az