İqtisadiyyat

  • 2 730

Dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb

image

Dəmir yolu nəqliyyatı ilə 2017-cı ilin yanvar-dekabr ayında 14,4 milyon ton yük, 2,4 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7 faiz azalma, sərnişin daşınmasında isə 23,8 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 350 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,4 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

yap.org.az

Digər xəbərlər