İqtisadiyyat

  • 2 919

Avronest PA-nın komitə iclaslarında nə müzakirə olunacaq?

image

Xəbər verdiyimiz kimi, fevralın 12-13-də Tbilisidə Avronest PA-nın komitə iclasları keçiriləcək. Azərbaycan nümayəndə heyəti də komitə iclaslarında iştirak etmək üçün Tbilisidə səfərdədir. SİA-nın verdiyi məlumata görə, Avronest PA-nın komitə iclasları çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin Gürcüstan parlamentinin sədri, eyni zamanda, Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə də görüş nəzərdə tutulub.Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, Tbilisidə keçiriləcək komitə iclaslarında bir sıra mühüm məsələlər müzakirə olunacaq:“Avronest PA-nın komitə iclasında “Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinləniləcək. Enerji komitəsinin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerjinin inkişafında effektivlik və dayanaıqlılıq” mövzusunda məruzə dinləniləcək. Bu komitədə məruzə ilə Azərbaycan parlamentinin deputatı Muxtar Babayev çıxış edəcək”.F.Muradovun sözlərinə görə, Avronest PA-nın iqtisadi komitəsinin fevralın 13-də keçiriləcək iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində birbaşa investisiyaların əhəmiyyəti” mövzusunda məruzə dinləniləcək: “Sosial komitənin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində “Vərəmə qarşı mübarizə”, eləcə də qeyri-formal əməkçilərin hüquqlarının qorunması ilə bağlı məruzə dinləniləcək. Məruzələr ətrafında çıxışlarda Milli Məclisin deputatları ölkəmizin maraqlarını müdafiə edəcəklər. Eyni zamanda, Azərbaycanda investisiya mühiti, enerji siyasəti, vərəmə qarşı mübarizə və işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcəklər”.İclasda müzakirə ediləcək məsələlər haqqında məlumat verən Azərbaycan Avronest PA-dakı nümayəndə heyətinin digər üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib ki, Milli Məclisin deputatları hər iki məsələ ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcək, təqdimatlarla çıxış edəcəklər: “Azərbaycan həm qeyri-formal əməkçilərin hüquqlarının müdafiəsi, həm də vərəmə qarşı mübarizə sahəsində xeyli uğurlar qazanıb və bəzi ölkələrdən çox qabaqdadır. Mənimlə yanaşı,deputat Sədaqət Vəliyeva da bu məsələləri diqqətə çatdıracaq, eləcə də regiondakı məsələlərə münasibət bildirəcəklər”.Fevralın 13-də Tbilisidə Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər komitəsinin növbəti iclasının keçiriləcəyini deyən M. İbrahimqızı bildirib ki, iclasda “Şərq Tərəfdaşlığı və Mərkəzi Avropa ölkələrində qeyri-formal əməkçılərin hüquqları” və “Şərq Tərəfdaşlığı ölkələrində vərəm xəstəliyinə qarşı mübarizədə parlamentarilərin rolu” məsələləri müzakirə olunacaq.

sia.az

Digər xəbərlər