İqtisadiyyat

  • 2 881

Vergilər naziri: 2018-ci ildə dövlət investisiya xərclərinin artırılması qeyri-neft sektorunun inkişafını dəstəkləyəcək

image

Azərbaycanın makroiqtisadi göstəricilərində 2017-ci ildən başlanan pozitiv dinamikanın bu il də davam edəcəyi gözlənilir. 2018-ci ildə dövlət investisiya xərclərinin artırılması qeyri-neft sektorunun inkişafını dəstəkləyəcək.
Bu barədə vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışında bildirib.
Nazir qeyd edib ki, ölkə rəhbərliyinin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaradılması, ixracatın stimullaşdırılması istiqamətində qəbul etdiyi proqramların icrası, aqroparkların, sənaye park və zonalarının yaradılması, ölkənin tranzit və logistik potensialının yüksəldilməsi həm ümumi iqtisadi aktivliyə, həm də büdcə gəlirlərinə müsbət təsir göstərəcək.
Bununla yanaşı, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri", habelə iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq olunmuş Strateji Yol xəritələri üzrə tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın ayrı-ayrı istiqamətlərinin inkişafı, biznes subyektlərinin rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlbi, dünya bazarlarına çıxış bu gün ölkəmizin qarşısında duran əsas hədəflərdir.

yap.org.az

Digər xəbərlər