İqtisadiyyat

  • 3 413

Tovuzda kartof əkininə başlanıb

image

Respublikanın iri kartofçuluq rayonu olan Tovuzun aran kəndlərində kartof əkininə başlanıb. Torpaq mülkiyyətçiləri kartofu həm əllə, həm də texnika vasitəsilə əkir.Tovuz Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 5 min hektardan çox sahədə şum çıxaran fermerlər artıq 50 hektarda kartof əkini həyata keçiriblər. Sahələrdə yerli kartof toxumu ilə yanaşı, Gədəbəydən və Ukraynadan gətirilən toxum da əkilir. Hava şəraitinin normal keçməsi səpini uğurla aparmağa imkan verir.Kartof əkini əsasən rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu kəndlərində aparılır.Ötən il tovuzlu fermerlər 7375 hektar sahədə kartof əkib və 169 min 705 ton məhsul istehsal ediblər.
AZƏRTAC

Digər xəbərlər