İqtisadiyyat

  • 4 536

Azərbaycan iqtisadiyyatın inkişafı üçün düzgün addımlar atıb MÜNASİBƏT

image

"Cənub Qaz Dəhlizi" layihəsinə Azərbaycanın kapital yatırması düzgün seçim idimi? Bu fikir cəmiyyətin nəinki ali təhsili olanları, hətta ali iqtisadi təhsilliləri arasında bu günə qədər mübahisə predmeti idi. 2013-cü ildə əsas arqument ondan ibarətdir ki, $40 mlrd. dəyərlik (həm Şahdəniz-2, həm də 3 ayrı-ayrı boru kəmərinin toplam qiyməti) bir layihə reallıqda özünü doğrultması şübhəlidir və buna görə də belə kapitalyönümlü layihənin reallaşdırılmasına indiki şəraitdə risqə getmək olmazdı”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.Onun sözlərinə görə, onlara qısa cavab həmişə bu olub ki, belə olan təqdirdə Şahdəniz-2 layihəsi gerçəkləşməyəcəkdi və Azərbaycan ancaq "Şahdəniz-1" layihəsi ilə qane olmalıydı. O zaman həmin qrupdan olanlar qeyd edirlər ki, "Şahdəniz-2"ni işləmək vacibdir, ancaq boruların çəkilişində Azərbaycan iştirak etməməliydi. Yəni öz qazını öz sərhədində xaricilərə təhvil verib məsələyə nöqtə qoya bilərdi. Yəni təklif edirlər ki, Azərbaycan qaz siyasətini Türkmənistan kimi aparsaydı daha yaxşı olardı. Ola bilərdi ancaq dünyada qaz ehtiyatlarına görə 4-cü yeri tutan Türkmənistanın bu gün məhz belə siyasət nəticəsində hansı vəziyyətə düşdüyü də məlumdur.İkincisi, Azərbaycanın "Şahdəniz-2" gəlirləri 3 kateqoriya üzrə çeşidlənəcək: 1) qazın satışı; 2) kondensatın satışı; 3) nəqletmədən gələn gəlirlər. Layihə kommersiya yönümlüdür. Ona verilən kreditlər həm də şirkətlərə verilir, dövlət zəmanəti olmadan, bank özünü doğrultmayan layihələrin maliyyələşdirilməsinə imza atmaz”.

sia.az

Digər xəbərlər