Sahib Məmmədov: Azərbaycan 2019-cu ildə könüllü Dayanıqlı İnkişaf Məqsədləri üzrə növbəti hesabatını BMT-yə təqdim etməyi planlaşdırır

Azərbaycan 2019-cu ildə könüllü Dayanıqlı İnkişaf Məqsədləri üzrə növbəti hesabatını BMT-yə təqdim etməyi planlaşdırır. Bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Nazir müavini qeyd edib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və ötən müddətdə bu sahədə mühüm işlər görüb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bu məqsədlərin vaxtında və yüksək səviyyədə icrasına görə ölkəmiz 2015-ci ildə BMT-nin mükafatına layiq görülüb. Bu gün də Azərbaycan BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfini özündə birləşdirən prosesə qoşulub. Buna görə də Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Əlaqələndirici Şura yaradılıb. Bu Şura tərəfindən məqsədli tədbirlər keçirilir. Xüsusilə, Azərbaycan 2107-ci ildə ölkənin ilk könüllü Dayanıqlı İnkişaf Məqsədləri üzrə hesabatı hazırlayıb və BMT-yə təqdim edib. Bu hesabat BMT-yə üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib.
S.Məmmədov qeyd edib ki, Azərbaycan proqram çərçivəsində 2030-cu ilə qədər qarşıya qoyduğu məqsəd və hədəflərə nail olacaq.

yap.org.az