İqtisadiyyat

  • 3 001

Vüqar Bayramov: 2018-ci il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən olacaq

image

Azərbaycan Respublikası Dövlət Neft Fondunun və Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit və fiskal siyasət birmənalı şəkildə proqnozlaşdırmağa əsas verir ki, bu il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən biri olacaq.

Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman Azərbaycanın dövlət rezervləri cəmi 1,8 milyard dollar idi. Ötən müddətdə həmin rəqəm 42 milyard dollara qədər yüksəldi. 2017-ci ildə ölkəmizin rezervləri 5 milyard dollar artdı. Baxmayaraq ki, bazar qiyməti aşağıdı, ona rəğmən dövlət rezervlərimizdə artım baş verdi. Ötən il büdcə üzrə nəzərdə tutulan öhdəlikləri də yerinə yetirmək mümkün oldu. İqtisadiyyatdakı stabillik təmin edildi. Bu, dövlət rezervlərinin artmasında özünü göstərdi. Bu baxımdan ölkədə həyata keçirilən fiskal konsolidasiya siyasəti nəticə etibarilə dövlət rezervlərimizə, fiskal öhədliklərimizin yerinə yetirilməsinə imkan verdi.
"2018-ci ildə dövlət rezervlərinin artırılması əsas hədəflərdən biridir. Son müşavirələrdə də dövlətimizin başçısı xarici borclanmaya gedilməməsi, eyni zamanda, vəsaitlərin qənaətlə, daha səmərəli istifadəsi ilə bağlı göstəriş verib. Bu baxımdan bu il nəzər alsaq ki, neftin bazar qiyməti büdcədə nəzərdə tutulandan daha yüksəkdir. Hər barrel üçün 45 dollar nəzərdə tutulsa da, hazırda “Azeri Light” markalı neft daha yüksək qiymətə satılır", - deyə ekspert qeyd edib.
Qeyri-neft sektorunun inkişafı üçün də təməl formalaşdığını deyən V.Bayramov büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun mərhələli şəkildə xüsusi paya malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bu da dövlət rezervlərimizin qorunmasına və hətta artırılmasına şərait yaradır: “Bu baxımdan güman olunur ki, mövcud siyasət, qeyri-neft sektorunun payının artması, ölkəyə daxil olan vəsaitlərin səmərəli istifadə olunması və fiskal konsolidasiya siyasətinin davam etdirilməsi 2018-ci il üçün də dövlət rezervlərimizin strateji valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanmasına imkan verəcək. Yalnız Dövlət Neft Fondunun deyil, Mərkəzi Bankın da xarici valyuta ehtiyatlarında artım qeydə alınıb ki, bu da birbaşa bankın, xüsusən də de-dollarlaşma prosesi nəticəsində intervensiyasının aradan qaldırılması və hərraclar vasitəsilə xarici valyutaya olan tələbin ödənilməsinə nail olunması ilə bağlıdır. Həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit və fiskal siyasət birmənalı şəkildə proqnozlaşdırmağa əsas verir ki, bu il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən biri olacaq”.

sia.az

Digər xəbərlər