İqtisadiyyat

  • 2 996

"Səmt qazı emal edilərək əhaliyə veriləcək"

image

"NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir". Bu sözləri martın 6-da NAMA layihəsi çərçivəsində Azərbaycanda karbon emissiyalarının (CO2) azaldılmasına dair tədbirlərə həsr olunan elmi-texniki konfransda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib.O bildirib ki, 2015-ci ildən etibarən Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı (BMTİP) və SOCAR tərəfindən birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi həyata keçirilir. Bugünkü konfrans 5 il həyata keçiriləcək NAMA layihəsinin yarım dövrlük hesabatına həsr olunub. NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir."Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kilovolt gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) "Zağlı-Zeyvə" yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb. Layihə çərçivəsində il ərzində 6,8 milyon kubmetr səmt qazının yığılması nəzərdə tutulur”, - deyə R.Hüseynzadə əlavə edib.BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti isə bildirilib ki, iqlim dəyişmələrinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir: "Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyük qlobal missiyanın tərkib hissəsidir".Sonra layihənin gedişatı haqqında video-çarx nümayiş etdirilib.

sia.az

Digər xəbərlər