İqtisadiyyat

  • 2 886

Son 10 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollar investisiya qoyulub

image

Son 10 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollar investisiya qoyulub.AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə martın 6-da "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" mövzusunda keçirilən tədbirdə deyib.Z.Səmədzadə Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışıb. Komitə sədri iqtisadiyyatın inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafının əhəmiyyətini vurğulayıb.Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov qeyd edib ki, ötən il banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 5 milyard manat kredit qoyulub. Ötən il qeyri-neft ixracında 25 faiz artım qeydə alınıb. Qeyri-neft ixracında əsas yeri kənd təsərrüfatı tutub. 2017-ci ilin yekunları bu il iqtisadiyyatın daha dinamik, sürətli inkişafına əsas verir.İ.Alışov, həmçinin martda daşınar əmlakın dövlət yüklülüyü reyestrinin istifadəyə veriləcəyini deyib.
AZƏRTAC

Digər xəbərlər