Rəsmi Berlin “Cənub Qaz Dəhlizi” QSC-yə maliyyə dəstəyi göstərmək niyyətindədir

Almaniya Azərbaycanın “Cənub Qaz Dəhlizi” (CQD) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) maliyyə dəstəyi göstərmək niyyətindədir. Almaniyanın nüfuzlu həftəlik siyasi xəbər portalı “FOCUS Online”da qeyd olunur ki, Alman bankı “Cənub Qaz Dəhlizi” QSC-yə federal zəmanətlə 1,5 milyard ABŞ dolları və ya 1,2 milyard avro məbləğində kredit ayırmağı nəzərdə tutur. Bu barədə Federal maliyyə katibi Yens Şpanın Bundestaqın büdcə komitəsinin sədri Peter Boehringerə ünvanlandığı məktubda bildirilir.Xəbərdə qeyd olunur ki, Xəzər dənizinin Azərbaycana məxsus zəngin yataqlarından Avropaya təbii qazın nəqli bir sıra boru kəmərləri vasitəsilə nəzərdə tutulur. Avropa İttifaqı (Aİ) dəyəri milyard dollarla qiymətləndirilən layihəni Rusiyadan tədarükə alternativ olaraq dəstəkləyir.

yap.org.az