İqtisadiyyat

  • 4 405

Dəmir yolu xəttinin tikintisi üzrə işlərin 94%-i tamamlanıb

image

"Qəzvin–Rəşt dəmir yolu xətti 2018-ci ilin birinci yarısında istifadəyə veriləcək". İran İslami Şura Məclisinin Qəzvindən olan nümayəndəsi Davud Məhəmmədi deyib.Onun sözlərinə görə, Qəzvin-Rəşt dəmir yolunun tikintisi ilə bağlı işlərin 94%-dən çoxu artıq hazırdır. “Büdcə və Proqramlaşdırma Təşkilatı və Yol Nazirliyi ilə aparılan danışıqların nəticəsi olaraq deyə bilərəm ki, şimal-cənub dəhlizinin bu hissəsi gələn ilin birinci yarısında istifadəyə veriləcək”,- deyə D.Məhəmmədi qeyd edib.D.Məhəmmədi layihənin gecikməsinə səbəb kimi büdcədə mövcud problemlərin olmasını göstərib: “Qəzvin-Rəşt dəmir yolu xətti sərnişin daşımasında, xüsusilə də sərnişinlərin ölkənin şimal bölgəsinə daşınmasında tıxacın və havanın çirklənməsinin qarşısını almaqda bizim üçün çox önəmlidir. Şimal–Cənub dəhlizi çox önəmli tranzit bir dəhlizdir. Xərclərin azalması, təhlükəsiz olması və əsas bir yol olması dəhlizin həm yük, həm də sərnişin daşıması üçün geniş potensiala malik olması baxımından önəmldir”.D.Məhəmmədi əlavə edib ki, bu yol Hindistanın Bambey şəhərindən başlayır və Finlandiyanın Helsinki şəhərinə kimi uzanır, İran, Azərbaycan, Rusiya və Orta Asiya ölkələri bu dəhlizin üzərindədir.Qeyd edək ki, 2006-cı ildən tikintisinə başlanılan Qəzvin–Rəşt dəmir yolunun uzunluğu 164 kilometrdir. Qəzvin–Rəşt-Ənzəli-Astara dəmir yolu xətti Şimal–Cənub dəhlizinin əsas tikilməkdə olan halqasıdır. Bundan öncə İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi APA-a açıqlamasında deyib ki, cari ilin qışın sonuna kimi Qəzvin-Rəşt dəmir yolundan ilk yük qatarı hərəkət edəcək.

sia.az

Digər xəbərlər