İqtisadiyyat

  • 4 580

Bakı Taxıl Terminalı beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olacaq

image

Bakı Taxıl Terminalı Qazaxıstan və Azərbaycanın birgə həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olacaq.Bu barədə Bakı Taxıl Terminalının idarə heyətinin sədr müavini Erjan Baymuhametov deyib."Azərbaycanın taxıla olan tələbatı ildə 3-3,5 milyon tondur. 2016-cı illə müqayisədə ötən il ölkə taxıl idxalını 20 faiz azaldıb. 2017-ci ildə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında tərəflər Qazaxıstan taxılının Azərbaycana ixracının illik həcminin 1 milyon tona çatdırılması barədə razılığa gəliblər. 15 min tona qədər dənli bitkiləri müvəqqəti saxlamağa imkan verən terminal müasir avadanlıqla təchiz olunub. Terminalın yükboşaltma gücü sutkada 1,5 min ton taxıl təşkil edir ki, bu da illik ekvivalentdə 300 min tona yaxın taxıla bərabərdir. Biz sutkada 150 ton un istehsal edirik. Terminal Qazaxıstan və Azərbaycanın bilavasitə iştirakı ilə regionda həyata keçirilən beynəlxalq nəqliyyat layihələrində fəal iştirak etmək niyyətindədir", - deyə E.Baymuhametov qeyd edib.Sədr müavini deyib: "Bu il Qazaxıstan taxılını “Şimal-Cənub” nəqliyyat dəhlizinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun imkanlarından istifadə edərək Türkiyə və Yaxın Şərq bazarlarına çıxarmaq planımız var. Dənli bitkilərin terminal vasitəsilə ixracına gəldikdə isə, biz "Prodkorporasiya" şirkəti ilə işləyirik. Şirkət Azərbaycana dənli bitkilər ixrac edir. Biz, həmçinin bizim terminal vasitəsilə İran tərəfinə taxıl nəqlinə maraqlı olan Azərbaycan və Rusiya treyderləri ilə əməkdaşlıq edirik".Qeyd edək ki, terminal Qazaxıstan və Azərbaycan hökumətlərinin razılığı ilə 2006-ci ildə yaradılıb. 12 ildir Azərbaycana bu terminal vasitəsilə taxıl göndərilir.

yap.org.az

Digər xəbərlər