İqtisadiyyat

  • 6 012

MM-in sədri: İqtisadi inkişaf strategiyası makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratmışdır

image

“Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti 2017-ci ildəki fəaliyyəti barədə hesabat verir. Bizə təqdim edilmiş hesabatla tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, “2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır”. Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O.Əsədov bildirib ki, ötən il ölkə iqtisadiyyatında həyata keçirilən sistemli islahatlar uğurla davam etdirilmişdir. Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndirmişlər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək, 35-ci yeritutmuşdur. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri xeyli yaxşılaşmışdır.
“2017-ci ildə Azərbaycan dövlətinin neft strategiyasında növbəti uğurlu addım atılmışdır. “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şərtlər ilə 2050-ci ilə qədər uzadılmışdır. Cənub Qaz dəhlizinin mühüm tərkib hissələri olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası sürətlə davam etdirilmişdir. Ötən il tarixi İpək Yolunun bərpası üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilmişdir. Araşdırmalar göstərir ki, bu layihə Avropa ilə Şərqi birləşdirəntranzit müddətini 2 dəfə azaltmağa şərait yaradır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılmışdır. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş vermiş, nəticədə bu sektorun ÜDM-də xüsusi çəkisi təqribən 63 faiz təşkil etmişdir. Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldonun yaranmasıdır. Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlamağa imkan vermişdir. İl ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılmışdır.
Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında əlaqələrin güclənməsini, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində millət vəkillərinin iştirakını təmin edir. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər Hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Millət vəkillərinin 68 təklifinin icrası barədə məlumat hesabatdaətraflı qeyd olunmuşdur. Fikrimcə, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, Hökumətin fəaliyyətinin səmərəliyinin daha da artmasına öz töhfəsini verəcəkdir”-deyə O.Əsədov vurğulayıb.

yap.org.az

Digər xəbərlər