İqtisadiyyat

  • 3 724

Bu il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 8,2 milyon ton neft göndərilib

image

Cari ilin birinci rübündə Azərbaycandakı magistral neft kəmərləri ilə 10 milyon 124 min ton neft nəql olunub. Nəqletmənin 81,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8 milyon 258,6 min ton neft ötürülüb. Rüb ərzində BTC ilə 1 milyon 538,8 min ton tranzit neft də nəql edilib.Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

yap.org.az

Digər xəbərlər