İqtisadiyyat

  • 3 619

Lənkəran Peşə Liseyində ilk dəfə barama istehsal olunacaq

image

Ölkəmizdə baramaçılığın, çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının icrası peşə təhsili müəssisələrinin bu sahələrdə kadr hazırlığının artırılmasını prioritet istiqamətə çevirib. Bu məqsədlə Lənkəran Peşə Liseyində 2018-2019-cu tədris ili üçün “Baramaçı”, “Çaybecərən usta”, “Sitrus meyvələrini becərən usta”, “Xalçaçı” kimi yeni ixtisasların açılması nəzərdə tutulub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagirdlər arasında praktik təcrübələri təkmilləşdirmək məqsədilə bu ilin aprel və may aylarında Lənkəran Peşə Liseyində barama istehsal olunacaq.Artıq liseydə barama istehsalı üçün müasir tələblərə cavab verən kümxana hazırlanıb. Burada Lənkəran rayon kənd təsərrüfatı idarəsi tərəfindən Çindən gətirilmiş ipək qurdu veriləcək.Barama istehsalında toplanılan təcrübə bu ixtisas üzrə təhsil alan tələbələrə bu sahəni daha dərindən öyrənmələrində mühüm rol oynayacaq. Tədris ilinin sonunda hər bir şagird minimum 50 kiloqram barama istehsal etməklə həm rayonda baramaçılığın inkişafına töhfə verəcək, həm də öz maddi durumunu yaxşılaşdırmaq imkanı əldə edəcək.
AZƏRTAC

Digər xəbərlər