İqtisadiyyat

  • 3 975

Pekində Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib

image

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində ölkəmizin turizm imkanlarına dair təqdimat keçirilib. SİA xəbər verir ki, Çinin 40-a yaxın turizm şirkətinin, turizm üzrə tanınmış ekspertlərin, yerli KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın turizm infrastrukturu, ölkəmizdə mövcud olan turizm növləri barədə məlumat verilib.Səfir Əkrəm Zeynallı Azərbaycanın Çin ilə müxtəlif sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olduğunu söyləyib. “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələri və xalqları bir-birinə yaxınlaşdırdığını diqqətə çatdıran səfir, Azərbaycanın bu strategiyanın həyata keçməsinə töhfələr verməyə hazır olduğunu deyib.Ə.Zeynallı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, hazırda Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava nəqliyyatı əlaqəsinin olduğunu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiq edildiyini deyib.Turizm imkanlarımız barədə məlumat verən diplomat deyib ki, gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlığı, təbii müalicəvi yerləri, müasir infrastrukturu ilə Azərbaycan populyar turizm ölkəsinə çevrilməkdədir. Bu sahənin inkişafı qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir.Çinin “Deca Health Consulting Co., Ltd.” şirkətinin rəhbəri, “Renmin Ribao” qəzetinin müalicəvi turizm bölməsinin redaktoru qısa məruzələrlə çıxış edib, “Chenot Palace” otelinin satış üzrə meneceri Fərid Abbasov Azərbaycanda müalicəvi turizm imkanları barədə məlumat verib.Tədbir çərçivəsində “Deca Health Consulting Co., Ltd.” şirkəti və “Chenot Palace Gabala” arasında müqavilə imzalanıb. “Gilan Hospitality Group” şirkətinin direktoru Elgün Məmmədovun və “Deca Health Consulting Co., Ltd.”nin icraçı direktoru Fen Lianın imzaladığı sənədə əsasən, Çindən ölkəmizə müalicəvi məqsədlərlə turistlərin cəlb olunması nəzərdə tutulub.Qeyd edək ki, İtaliyanın nüfuzlu müalicəxanalarının sahibi olan “Chenot” brendinin ilk dəfə öz ölkəsinin hüdudlarından kənarda – Qəbələdə kompleksi fəaliyyətə başlayıb. Qəbələdə mənzərəli yerdə, Nohur gölünün sahilində yerləşən “Chenot Palace”da brendin yaradıcısı Anri Şenonun metodu ilə yüksək ixtisaslı xarici həkimlərin nəzarəti altında müalicə prosedurlar təşkil olunur.

sia.az

Digər xəbərlər