İqtisadiyyat

  • 4 725

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda 3 layihəyə start verəcək

image

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla tərəfdaşlıq proqramı çərçivəsində mayda 3 layihəyə start verəcək.

Bunu FAO nümayəndəsi Natəvan Aslanova bildirib.
O qeyd edib ki, bu layihələrdən biri ölkədə heyvandarlığın inkişaf etdirilməsi, digər layihə damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə bağlıdır:
"Üçüncü layihə isə toxumluq kartof istehsalına başlanılması ilə bağlıdır. Bundan başqa, daha iki layihənin də həyata keçirilməsi gözlənilir. Bunlardan biri fındıq istehsalı və fındıq istehsalında dəyər zəncirinin inkişaf etdirilməsi, digər layihə isə arıçılıqla bağlı olacaq".
N.Aslanova deyib ki, “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” adlı layihə çərçivəsində yaxın 7 il üçün Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə proqram hazırlanıb.

yap.org.az.

Digər xəbərlər