İqtisadiyyat

  • 4 053

Azərbaycandan elektrik enerjisinin ixracı 2,5 dəfədən çox artıb

image

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 987 milyon 949 min kilovat/saat elektrik enerjisi ixrac olunub.Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ötən 4 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 47 milyon 303 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 387 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 535 min dollar olub.
Beləliklə də, bu ilin yanvar-aprel aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb.

yap.org.az

Digər xəbərlər