İqtisadiyyat

  • 3 684

Azərbaycan 71 mln. dollarlıq buğda idxal edib

image

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 70 mln. 971,29 min dollar dəyərində 406 min 842,41 ton buğda idxal edib. SİA bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 145 min 447,79 ton və ya 55,64% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 22 mln. 509,38 min dollar və ya 46,44% çoxdur.Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 48 mln. 461,91 min dollar dəyərində 261 min 394,62 ton buğda idxal edilib.

sia.az

Digər xəbərlər