İqtisadiyyat

  • 3 842

"Gələcəkdə pilot layihələr əsasən kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı olacaq"

image

Avropa İttifaqının zəif inkişaf etmiş regionların inkişafını sürətləndirməklə, həmin regionların inkişafına kömək etmək, eyni zamanda, sözügedən ərazilərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük təcrübəsi var. Bu barədə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas jurnalistlərə müsahibəsində deyib.Azərbaycanda artıq başa çatmış “Pilot Regional İnkişaf Proqramının icrası üzrə Texniki Dəstək Layihəsi”nə toxunan Kestutis Jankauskas bildirib ki, Aİ Aran İqtisadi rayonunda sahibkarlığın inkişaf etdirilməsinin müxtəlif yollarının təşviq etdirilməsində İqtisadiyyat Nazirliyinə dəstək olmaqla yanaşı, öz təcrübəsini də bölüşüb.Onun sözlərinə görə, gələcəkdə pilot layihə digər regionlarda da tətbiq ediləcək. Əsas prioritetlər isə kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı olacaq.Nəzərə çatdırılıb ki, Avropa İttifaqı başqa bir proqrama əsasən, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir. Belə ki, Avropa İttifaqına daxil olan ölkələr fitosanitar nəzarəti sahəsində Azərbaycanın bəzi məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı akkreditasiya məsələlərinə köməklik göstərir.

sia.az

Digər xəbərlər