“Azeri Light” 78 dollardan baha satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,89 dollar bahalaşaraq 78,02 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar azalaraq 77,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 65,76 dollar təşkil edib.

sia.az