İqtisadiyyat

  • 6 440

Millət vəkili: "TANAP və TAP ölkəmiz üçün dünyada artan nüfuz deməkdir”

image

“Bu gün TANAP layihəsinin açılışıdır. Bu layihə həm ölkəmiz üçün, həm də Avropaya qədər uzanacaq 3500 km uzunluqda boru xətti keçəcək bütün ölkələr üçün böyük əhəmiyyətə malikdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, ölkəmiz üçün birincisi TANAP-ın açılışı Azərbaycanın dünyadakı rolu və yerini göstərdi: “TANAP bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir və planlaşdırdığı hər bir işin öhdəsindən layiqincə gələ bilir. Yəni sözə əməl etmək və böyük maliyyə tutumlu layihələrin icrası üçün ölkənin müstəqil qərar vermək bacarığı və düzgün qurulmuş iqtisadi siyasəti olmalıdır. Azərbaycanın bu cəhətləri bir çox ölkələrdən üstündür. TANAP ölkəmizin dünyada nüfuzunu artırdı və gələcəkdə beynəlxalq miqyasda hər hansı məsələ müzakirə olunanda təbii ki, Azərbaycana etibarlı tərəfdaş kimi baxacaqlar, sözümüzə həmrəy olacaqlar. TANAP-ın son məqsədi Avropanın qazla təminatı olduğundan və Avropa qitəsində qaz amili mütəmadi siyasiləşdiyindən layihənin başa çatdırılması Azərbaycanın təhlükəsizliyin təminatçısı olacaqdır. Çünki, Avropa qitəsinə təbii qazın çatdırılacağı yeganə mənbə TANAP-TAP olacaqdır. Bu da Avropaya artıq qazla bağlı öz sözünü deməyə imkan yaradacaqdır və bu, qitə üçün əvəzolunmaz əhəmiyyətə malik olacaqdır.Azərbaycan böyük qaz resurlarına malikdir. Əgər qazın ixrac bazarı olmasa o resurslar yerin altında qalır və onun ölkə üçün iqtisadi dəyəri olmur. Məhz bu layihələrin icrası yeni yataqların tədqiq edilməsinə imkan yaradacaq və ölkəmiz üçün gələcəkdə böyük maliyyə mənbəyi olacaqdır. Beləliklə TANAP və TAP ölkəmiz üçün təhlükəsizlik, böyük maliyyə və dünyada artan nüfuz deməkdir”.

sia.az

Digər xəbərlər