İqtisadiyyat

  • 6 148

Çentin Senh: Azərbaycanın hərbi təyinatlı məhsulları ən yüksək standartlara cavab verir

image

Bu mötəbər sərgidə Hindistanın ən böyük hərbi şirkətlərindən birini təmsil edirəm. Azərbaycanın hərbi təyinatlı məhsulları, xüsusilə də silahları gördüm. Nümayiş olunan hərbi təyinatlı məhsullarla bağlı ətraflı məlumat verildi. Azərbaycanın hərbi təyinatlı məhsulları ən yüksək standartlara cavab verir.Bu fikri “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin Hindistandan olan iştirakçısı Çentin Senh bildirib.“Biz adətən postsovet ölkələrinin ordusunda bu cür müasir silahları görməyə öyrəşməmişik. Azərbaycan qısa müddətdə öz hərbi sənayesini yarada bilib və yüksək səviyyəli müasir silahlar istehsal edir. Bizim şirkət Azərbaycanda istehsal olunan hərbi təyinatlı avtomobillərə maraq göstərir”, – deyə Ç.Senh vurğulayıb.

yap.org.az

Digər xəbərlər