İqtisadiyyat

  • 6 249

"Gömrük fəaliyyətinin qiymətləndirilməsi üçün xüsusi qrup yaradıla bilər"

image

"Gömrük fəaliyyətinin qiymətləndirilməsi üçün jurnalistlərdən ibarət xüsusi qrup yaradıla bilər". SİA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları" mövzusunda jurnalistlər üçün keçirilən seminarda deyib.O bildirib ki, hər il gömrük sərhəd-keçid məntəqəsində 5 milyon 400 min insana xidmət göstərilir. Gömrük işi maraqlı və ölkə üçün əhəmiyyətli sahə olmaqla yanaşı, həm də çətin və böyük məsuliyyət tələb edən bir sahədir. Gömrük fəaliyyətinin qiymətləndirilməsi üçün gömrük sahəsində ixtisaslaşan jurnalistlərdən ibarət xüsusi bir qrupun yaradılması məqsədə uyğun olar. Bu jurnalistlər yalnız bizim dəvətimizlə yox, öz istəkləri ilə də gömrük fəaliyyətini izləyə, hətta bir gömrükçü kimi günün müəyyən bir qismini çalışaraq bu peşəyə daha yaxşı bələd ola bilər.Həmçinin S.Mehdiyev qeyd edib ki, jurnalistlərə gömrük qanunvericiliyinin dərindən öyrənilməsi üçün 20-30 günlük kurslar təşkil edilə bilər.

sia.az

Digər xəbərlər