İqtisadiyyat

  • 2 844

Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib

image

Azərbaycanın İFAP proqramının prioritet sahələrinə uyğun həyata keçirdiyi layihələr çox maraqlı idi. Azərbaycanın ölkənizin informasiya və kommunikasiya texnologiyaları sahəsində ən yaxşı təcrübəsini və nailiyyətlərini bölüşməklə bağlı UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimovun təşəbbüsünü eşidəndə qəbul etdim. Bu sahə bütün üzv dövlətlər üçün çox vacibdir.
Bu fikri UNESCO yanında Qrenada dövlətinin daimi nümayəndəliyinin rəhbəri, qurumun İFAP üzrə Hökumətlərarası Şuranın sabiq sədri Şafika Haddad deyib.
Qeyd edib ki, ölkəmizin təqdimatı üzv dövlətlərin İFAP proqramının prioritet sahələrinə aid layihələri necə həyata keçirməyin yollarını öyrənməyə imkan yaradır.
İnternetə çıxış, genişzolaqlı şəbəkənin inkişafı və kosmik sənaye sahəsində həyata keçirilən layihələr üzv dövlətlərin nümayəndələri tərəfindən maraqla qarşılandı. “ASAN xidmət”in vətəndaşlarla hökumət arasında birbaşa əlaqələri çox maraqlıdır.
İFAP proqramı üzrə Hökumətlərarası Şuranın üzvləri tərəfindən Azərbaycanın nailiyyətləri ən yaxşı təcrübə kimi qiymətləndirilib. Təqdimat digər üzv dövlətləri ruhlandırmaq və növbəti sessiyalarda belə tədbirlərin davam etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
“Çox şadam ki, Azərbaycanda 2010-cu ildə təməli qoyulan İFAP proqramı fəaliyyətini uğurla davam etdirir. Onun gələcəkdə daha da dinamik olacağına əminəm”, - deyə Ş.Haddad bildirib.

yap.org.az

Digər xəbərlər