İqtisadiyyat

  • 4 728

157 dövlət obyekti özəlləşdirməyə çıxarılır

image

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, rəqabətin müşahidə olunduğu bu hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilib.Qeyd edək ki, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilib, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak edib.Sifarişçi ümumi faydalı sahəsi 26.7 kv.m olan Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi üçün 6 min manat ödəməklə əmlakın sahibinə çevrilib. Xidmət sahələrində fayda verə biləcək digər qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri isə Gədəbəy, Mingəçevir, Sumqayıt şəhərlərində yerləşir. 450 manat ödəməklə sifarişçini əmlak sahibinə çevirən Siyəzən şəhərində yerləşən 43 saylı mağazanın ümumi faydalı sahəsi 20.1 kv.m-dir.Hərracda yüksək rəqabətli mühit nəqliyyat vasitələrinin özəlləşdirilməsində müşahidə olunub. Buraxılış ili 2003 olan Qaz 3110-101 markalı avtomobil üçün ilkin qiymət 1300 manat təyin olunsa da sifarişçilər arasında rəqabətli mübarizə nəticəsində nəqliyyat vasitəsinə ən son təklif 3 min 200 manat olub. Rəqabətli proses yaradan bu dövlət əmlakına 2-si elektron olmaqla 5 sifariş verilib və sifarişçilərdən biri hərracda onlayn formada iştirak edib. Opel Omeqa markalı avtomobilin hərracında ilkin qiymət 750 manat müəyyən olunub. İki sifarişçinin avtomobilə sahib olma istəyi qiyməti 2 dəfədən çox artırıb 1900 manata yüksəldib. Nəqliyyat vasitələrində rəqabət tendensiyası bir nəfərin onlayn formada iştirak etdiyi Kamaz-55111 markalı avtomobilin hərracı üçün də xarakterikdir. İlkin qiyməti 2 min 600 manat olan dövlət əmlakı 3 min 550 manat ödənilməklə özəlləşdirilib.Növbəti özəlləşdirmə hərracı 17 iyulda keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 157 dövlət obyekti çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i qeyri-yaşayış sahələridir.

sia.az

Digər xəbərlər