Vüqar Bayramov: “Tarlaların yandırılması məhsuldarlığa ziyandır" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə, biçindən sonra tarlaların yandırılması Azərbaycanda bir ənənəyə çevrilib. Bizim İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Aqrar qrupunun tədqiqatları göstərir ki, tarlaların yandırılması məhsuldarlığa müsbət deyil, əksinə mənfi təsir göstərir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Onun sözlərinə görə, tarlaların yandırılması torpağın üzərindəki xüsusi qatın yanmasına və sıradan çıxmasına səbəb olur: “Təbii ki, bu məhsuldarlığa mənfi təsir göstərən faktorlardan biridir. O baxımdan düşünürəm ki, bu faktlar fonunda fermerlər arasında maarifləndirilməninaparılmasına ehtiyac var. Çünki bəzi hallarda fermerlərin torpaq sahələrini necə istifadə etməsi ilə bağlı məlumatlılığı azdır. Bəzi hallarda ənənəvi metodlardan istifadə edirlər. Bu metodlardan istifadə etdikləri üçün də nəticədə bu məhsuldarlığa mənfi təsir göstərir. Hətta keyfiyyətə belə mənfi təsir göstərir. Ona görə də məlumatlandırmanın aparılması, fermerlər üçün təlimlərin təşkil edilməsinə ehtiyac var. Bu olduqca vacibdir. Fermerlər torpaqdan istifadə ilə bağlı, həm də daha müasir metodlardan istifadə ilə bağlı məlumatlı olmalıdırlar.Məsələn, nəzərə alsaq ki, Hollandiyanın illik ixracatı 93 milyard dollardır, bunun da əsas səbəblərindən biri torpağın intesiv metoddan istifadə edilməsidir. Torpaqların yandırılması həm də bir sıra hallarda yanğının digər sahələrə ziyan vurmasına gətirib çıxarır. Düşünürəm ki, bu sahədə qanunvericiliyin nisbətən sərtləşdirilməsinə və daha sərt qərarların, cərimələrin tətbiqinə ehtiyac var. Amma təbii ki, əsas yol fermerlərin məlumatlandırılması və onların bilik, bacarıqlarının artırılmasıdır. Aqrar sektor intensiv metod tətbiq etməklə məhduldarlığın artırılmasına nail olmaqdan ibarət olmalıdır”.

sia.az