İqtisadiyyat

  • 6 075

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın yaradılması planlaşdırılır

image

Yaxın zamanlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında sahibkarların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə İctimai Şuranın yaradılması planlaşdırılır.

Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O.Məmmədov, həmçinin qeyd edib ki, İctimai Şura cəmiyyət-sahibkar-dövlət orqanları münasibətlərində daha səmərəli tədbirlərin həyata keçirilməsinə dəstək olacaq. Bundan əlavə, kiçik və orta biznesə (KOB-lara) institusional dəstək mexanizmləri təkmilləşdiriləcək, dövlət təşkilatlarının və özəl qurumların fəaliyyəti əlaqələndiriləcək və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılacaq. Bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi də planlaşdırılır.
Milli KOB, milli marka və brendlərin formalaşdırılması istiqamətində böyük planların olduğunu diqqətə çatdıran agentliyin rəhbəri artıq KOB klasterlərin yaradılması və inkişafı üzrə vahid dövlət siyasətinin formalaşdırılması sahəsində ilkin məsləhətləşmələrə və quruculuq işlərinə başlanıldığını vurğulayıb.

yap.org.az

Digər xəbərlər