İqtisadiyyat

  • 5 719

Tahir Mirkişili: “Hər 100 manatın 37-38 manatı sosial xərclərə yönəldilir"

image

“Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasının maddələrinin üçdə-ikisi Azərbaycan dövlətinin sosialyönümlü dövlət olduğunu sübut edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.“Əgər biz büdcə xərclərinə fikir versək görərik ki, büdcə xərclərinin də hər yüz manatın təxminən 37-38 manatı məhz sosial xərclərə yönəldilir. Məhz büdcənin bu istiqamətdə, formada tərtib olunması və eyni zamanda əlavə olaraq Azərbaycan Prezidentinin Ehtiyyat Fondundan ayrılan məbləğlərin böyük əksəriyyəti sosialyönümlü sahələrə yönəldiyindən, düşünürəm ki, Azərbaycan sosial sahədə kifayət qədər güclü siyasət yeridən dünyada az ölkələrdəndir. Təbii ki, bu siyasətin başında da ölkə Prezidenti cənab İlham Əliyev durur. Dövlət başçısının birbaşa təşəbbüsləri ilə həm sosial təminata ehtiyacı olan əhalinin sosial qayğısının daha da gücləndirilməsi, qaçqınlar üçün şəhərciklərin tikilməsi, qaçqın və məcburi köçkünlərə yeni mənzillərin paylanılması, eyni zamanda şəhid ailələrinə, Qarabağ veteranı ailələrinə yeni mənzillərin, avtomobillərin paylanılması və s. sosial qayğıya ehtiyacı olan insanlara bir dövlətin edə biləcəyi ən böyük çeşidli yardımların siyahısıdır. Məhz belə bir yardımların davam etməsi, eyni zamanda bu yardımın əhatəsinin genişləndirilməsi həm Azərbaycan dövlətinin sosial siyasəti, həm də ölkə Prezidentinin sosial siyasətinin getdikcə daha da gücləndirilməsinin yeni sübutudur”, - deyə, millət vəkili fikirlərini tamamlayıb.

sia.az

Digər xəbərlər