İqtisadiyyat

  • 2 998

""Cənub Qaz Dəhlizi” Avropa və region üçün əhəmiyyətli layihədir" ÖZƏL-MÜNASİBƏT

image

“ABŞ-ın İrana qarşı yeni sanksiyaları Azərbaycanın təşəbbüsü ilə reallaşan “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməyib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi 10 faizlik paya malikdir: “Təbii ki, sanksiyalar İranın paya malik olduğu bütün layihələrə şamil edilir. Amma “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” istisnadır. ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan sərəncamda da bu özünü göstərir. Baxmayaraq ki, sanksiyalar İranın cəlb olunduğu bütün layihələrə tətbiq edilir amma bu sanksiyalar “Cənub Qaz Dəhlizi” layihəsinə tətbiq edilmir. Bu layihə region üçün, eyni zamanda Avropa üçün əhəmiyyətli layihələrdən biridir. Nəzərə alsaq ki, Azərbaycan uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. İkinci mərhələdə isə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə illik olaraq “Cənub Qaz Dəhlizi” çərçivəsində Azərbaycan 31 milyard kubmetrə yaxın mavi qazı Türkiyə və Avropa bazarına çıxarmaq niyyətindədir.Sözügedən sanksiyaların layihəyə tətbiq olunmaması “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini göstərən faktorlardan biridir. Bu ondan xəbər verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu layihə doğru seçilib və eyni zamanda regional qlobal əhəmiyyət baxımından əsasslandırılmış bir ideyadır. Nəticədə bu ideya təkcə ölkəmiz üçün deyil, eyni zamanda Avropa, region üçün əhəmiyyətli bir layihədir. Nəzərə alsaq ki, layihə Azərbaycana mövcud qiymətlərlə 150 milyard dollara yaxın gəlir vəd edir. Bu həm Avropanın enerji təhlükəsizliyinin formalaşmasında, eləcə də qonşu ölkəyə Türkiyənin enerjiyə olan tələbinin ödənilməsində əhəmiyyəti paya malikdir. O baxımdan layihə yalnız bizim üçün deyil, həm də region üçün strateji bir əhəmiyyət daşıyır. Təqdirəlayiq haldır ki, Ağ Ev layihənin əhəmiyyətini və bu təşəbbüsün bütövlükdə region, həm də Avropa, eləcə də qlobal baxımından pozitiv təsirlərini nəzərə alaraq layihəni sanksiyalardan istisna edib”.

sia.az

Digər xəbərlər