Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30331,0 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3094,8 manata çatıb.Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 27905,4 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.
sia.az