İqtisadiyyat

  • 4 533

"OPEC ötən ay sutkada 32,63 milyon barrel neft istehsal edib"

image

Avqustda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 420 min barrel çoxalaraq gündəlik 32 milyon 630 min barrel olub. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən əlavə digər istehsal isə sutkada 7 milyon 10 min barrel təşkil edib. Bununla da, OPEC-in istehsalı avqustda gündəlik 39 milyon 640 min barrel neft ekvivalenti olub.Ötən ay OPEC üzrə hasilat artımı ən çox Liviyada baş verib. Bu ölkənin neft istehsalı 280 min barrel artaraq sutkalıq 950 min barrelə çatıb. Həmçinin Nigeriya, İraq və Səudiyyə Ərəbistanının da neft istehsalı artıb. Belə ki, avqustda neft istehsalı Nigeriyada 90 min barrel artaraq gündəlik 1 milyon 610 min barrel, İraqda 90 min barrel çoxalaraq gündəlik 4 milyon 650 min barrel, Səudiyyə Ərəbistanında isə 70 min barrel artaraq 10 milyon 420 min barrel təşkil edib.OPEC-ə üzv ölkələr arasında ötən ay neft hasilatı ən çox azalan ölkələr İran və Venesuela olub. İranın neft istehsalı 150 min barrel azalaraq sutkada 3 milyon 630 min barrel, Venesuela 20 min aşağı düşərək gündəlik 1 milyon 240 min barrel olub.

sia.az

Digər xəbərlər