İqtisadiyyat

  • 3 561

"Azərbaycan bal istehsalını artıracaq"

image

Bu il Azərbaycanda bal istehsalında cüzi artım gözlənilir. Bu barədə Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, bu hələlik ilkin proqnozlardır, çünki bir sıra rayonlarda balın süzülməsi prosesi hələ başa çatmayıb: “Biz bu il bal istehsalının 3 min tona yaxın və ya bir qədər yüksək olacağını gözləyirik. Amma bu, hələlik ilkin proqnozlardır”.Proqnozların azalmasına gəlincə B.Həsrətov bildirib ki, bu problem bəzi regionlarda qeydə alınmış hava şəraiti ilə əlaqədar olub. Daha əvvəl, Assosiasiya 2018-ci ildə 5.000 ton balın istehsal olunacağını proqnozlaşdırmışdı:“Bir sıra dağlıq və dağətəyi rayonlarda, xüsusilə şimal-qərb və şimal rayonlarında məhsuldarlıq aşağı olub. Bunun səbəbi soyuq yaz, daha sonra qəfil istiləşmə olub. Nəticədə çiçəklər kifayət tozcuq verə bilməyib. Amma bəzi aran rayonlarında və ölkənin cənubunda yüksək məhsuldarlıq qeydə alınıb, bəzi yerlərdə bir arı ailəsindən 50 kiloqramadək məhsul götürülüb. Ona görə də məhsuldarlıq ötənilki səviyyədə qalıb. Ötən il bu regionlarda hər arı ailəsindən 20 kiloqramadək məhsul təşkil edib. Bu sahədə əhəmiyyətli artım qeydə alınıb”.

sia.az

Digər xəbərlər