“Yaponiya qida məhsulları” ixracatı sərgisində Azərbaycan şirkətlərinin nümayəndələri də iştirak edəcək

Oktyabrın 10-dan 12-dək Yaponiyada ikinci “Yaponiya qida məhsulları” ixracatı sərgisi keçiriləcək. Sərgidə Azərbaycan şirkətlərinin nümayəndələrindən ibarət 15 nəfərlik heyət də iştirak edəcək.Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.Nümayəndə heyətinin sərgidə nümayiş olunan Yaponiya qida məhsullarının Azərbaycana idxal imkanlarını araşdırması ilə yanaşı, Yaponiya hökuməti ilə fikir mübadiləsi aparması da nəzərdə tutulur. Nümayəndə heyətinin tərkibində Azərbaycanı təmsil edən supermarket və restoranların menecerləri iştirak edəcəklər.

yap.org.az