İqtisadiyyat

  • 4 209

Mikayıl Cabbarov: Cari ilin 9 ayında vergi proqnozuna 100,2 faiz əməl olunub

image

Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub.Bu barədə vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Nazir çıxışında ödənilən vergilərin 65,8 faizinin qeyri-neft sektorunun payına düşdüyünü qeyd edib.Vurğulanıb ki, bu dövr ərzində qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.

yap.org.az

Digər xəbərlər